PKK Türkiyədə partlayış törətdi: 3 yaralı

PKK Türkiyədə partlayış törətdi: 3 yaralı

Türkiyənin Hakkari vilayətində törədilən partlayış nəticəsində 3 hərbi qulluqçu yaralanıb.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Hakkari-Çukurca şosesində PKK terrorçularının yola basdırdığı partlayıcı qurğu hərbi avtomobil keçdiyi zaman işə düşüb.

Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb edilib.Yaralanan  əsgərlər  Hakkari Dövlət Xəstəxanasına göndərilib.

0
15