BMT Hələbdə ölənlərin sayını açıqladı

BMT Hələbdə ölənlərin sayını açıqladı

Son günlər Suriyanın Hələb əyalətində baş verən döyüşlər nəticəsində 200-dən çox insan həlak olub.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu BMT  baş katibinin xüsusi nümayəndəsi Staffan de Mistura Təhlükəsizlik Şurasının fövqəladə iclasında bəyan edib.

Onun sözlərinə, hərbi qarşıdurma zamanı əyalətdə ölənlərin sayı 213-ə çatıb, ölənlər arasında xeyli sayda qadın və uşaq var.

“Hələbin şərq hissəsində 275 min sakin bir neçə həftədir ki, faktiki olaraq blokada şəraitində yaşayır”, deyə S.de Mistura qeyd edib.

0
14