Baş nazir toy karvanını saxlatdırdı - TÜRKİYƏDƏ - FOTO

Baş nazir toy karvanını saxlatdırdı - TÜRKİYƏDƏ - FOTO

Türkiyənin baş naziri Binəli Yıldırım yolda gördüyü gəlin maşınını saxlatdırıb. Lent.az İxlas xəbər agentliyinə istinadən xəbər verir ki, “Haliç” sarayında toyda iştirak edən Binəli Yıldırım Çekmeköydəki toplantıya gedərkən yolda gəlin maşını görüb. Sürücüdən maşını saxlamasını istəyən nazir toy karvanına işarə edərək dayanmasını xahiş edib. Burada bəy və gəlinlə görüşən Türkiyənin hökumət başçısı onlara xeyir-dua verib, həmçinin hədiyyələr təqdim edib.

Yeni evlənənləri yola salandan sonra yerli ticarətçilərlə söhbət edən Binəli Yıldırım xatirə fotosu çəkdirdikdən sonra yoluna davam edib.

0
27