Millimiz 13-cü olmaq iddiasında

Millimiz 13-cü olmaq iddiasında

Azərbaycan millisi futzal üzrə dünya çempionatları tarixinə yeni yarımfinalçı kimi düşə bilər. Apasport.az saytının məlumatına görə, Kolumbiyadakı mundialın 1/4 finalında Portuqaliya ilə üz-üzə gələcək millimiz indiyədək yarımfinal həyəcanı yaşamış komandalara qoşula bilər.

Arxada qalan 7 çempionatda yalnız 12 komanda bunu bacarıb. Kolumbiyada ilk yarımfinalçı olan Rusiya ilə İran da əvvəllər bunu gerçəkləşdirib.

Şimallılar 4-cü, cənublular 2-ci dəfə yarımfinala yüksəlib. Bu göstəricidə rekord Braziliyaya məxsusdu. Cənubi amerikalıların 7 yarımfinalı var. İspaniya 6, İtaliya 3, ABŞ 2 dəfə 4 ən güclü arasında olub. Hollandiya, Portuqaliya, Belçika, Ukrayna, Argentina və Kolumbiyanın bir uğuru var.

Bu gecə baş tutacaq ilk 1/4 finalda qarşılaşanlardan Argentina 1 dəfə yarımfinala çıxıbsa, Misir 13-cü komanda olmağa çalışacaq. Afrikalılar bunu bacarmasa, 13-cü olmaq Azərbaycan yığmasına nəsib olacaq. Millimiz bunun üçün artıq 1 dəfə yarımfinalçı olan Portuqaliyanı keçməlidi. Əgər hər iki görüşdə yeni yarımfinalçı müəyyənləşsə, komandamız 14-cü olacaq.

0
8