Azərbaycandan Antalyaya gedənlərin sayı 39 faiz artıb

Azərbaycandan Antalyaya gedənlərin sayı 39 faiz artıb

Cari ilin yanvar-avqust ayları ərzində Azərbaycandan Türkiyənin Antalya kurort bölgəsinə istirahətə gedənlərin sayı 39 % artıb.

"Report" xəbər verir ki, bu barədə Antalyanın Ticarət-Sənaye Palatasının prezidenti Davud Çətin məlumat verib.

O, həmçinin Rusiyadan sözügedən bölgəyə turist axınının əhəmiyyətli dərəcədə azaldığını dilə gətirib. Qurum rəhbəri bildirib ki, göstərilən dövr ərzində Antalyaya cəmi 50 min turist gəlib ki, bu da ötən ilin analoji dövr göstəricisi ilə müqayisədə 90% azdır.

"Biz rusların yerini digər ölkələrin, xüsusilə İraq, Səudiyyə Ərəbistanı, Ukrayna və İsraildən olan turistlərin hesabına qismən doldurmağa çalışdıq. Lakin, əlbəttə ki, bu ölkələrdən turist axınının bir qədər artması da rusiyalı turistlərin yoxluğunu bizim üçün əvəz edə bilmədi", - deyə Çətin "İnterfax"a bildirib.

Ötən il Türkiyəyə ümumilikdə 3,5 milyon turist səyahət edib ki, onların da 2,8 milyondan çoxu Antalya əyalətində dincəlib.

0
19