Gəncədə 20 yaşlı gənc 50 yaşlı kişini öldürdü

Gəncədə 20 yaşlı gənc 50 yaşlı kişini öldürdü

Gəncədə qətl hadisəsi törədilib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə ötən axşam şəhərin Muxtar Hacıyev küçəsində qeydə alınıb.

Şəhər sakini 1966-cı il təvəllüdlü Əbülfət Quliyev mübahisə zəminində 1996-cı il təvəllüdlü Səmral Hüseynzadə tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Qətli törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.

A.M.

0
14