Azərbaycandan Gürcüstana yarım milyon dollarlıq qızıl keçirmək istədilər

Azərbaycandan Gürcüstana yarım milyon dollarlıq qızıl keçirmək istədilər

Külçələrin ümumi çəkisi 12 kiloqramdır.

Azərbaycan vətəndaşları Gürcüstana yüksək əyyarlı 12 kq qızıl və 131 min 950 ABŞ dolları keçirməyə cəhd edərkən saxlanılıblar. 

Oxu.Az “Novosti-Qrusi”ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir. 

Qızıl külçələrin dəyəri 1,1 milyon laridir (490 min dollar).

İstintaqın məlumatına görə, “Qırmızı körpü” (Azərbaycan-Gürcüstan sərhədi) nəzarət-keçid məntəqəsində Bayram Gəncəliyev və Elman Hüseynov maşında gizlədilmiş deklarasiyadan kənar qızıl külçələri və pulu ölkəyə keçirməyə çalışıblar. 

Onlar saxlanılıb, qızıl və pul dəlil qismində müsadirə edilib. 

“Gürcüstan gömrük sərhədindən əşyaların keçirilməsinə dair qaydaları pozmağa cəhd” maddəsi üzrə cinayət işi qaldırılıb. Saxlanılan şəxslər 8 ildən 11 ilə qədər azadlıqdan məhrum edilə bilərlər. 

0
25