“Hörmüçək adam” filmində oynayan məşhur amerikalı aktyor vəfat edib

“Hörmüçək adam” filmində oynayan məşhur amerikalı aktyor vəfat edib

“Hörmüçək adam”, “Lazım olduğu kimi et” və “Pianoçu haqqında əfsanə” kimi filmlərdə oynadığı rolları ilə məşhur olan amerikalı aktyor Bill Nann şənbə günü 63 yaşında vəfat edib.

Oxu.Az Report–a istinadən xəbər verir ki, bu barədə rejissor Spayk Li “Facebook” səhifəsində yazıb.

Li bildirib ki, akytor şənbə günü səhər Pensilvaniya ştatının doğma Pittsburq şəhərində dünyasını dəyişib. O, Bill Nannın nədən öldüyünü yazmayıb.

A.M.

0
33