ABŞ-da növbəti atışma: 8 yaralı

ABŞ-da növbəti atışma: 8 yaralı

ABŞ-ın Baltimor şəhərində (Merilend ştatı) atışma nəticəsində, üçyaşlı uşaq  daxil olmaqla, 8 nəfər yaralanıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

CBS telekanalının xəbərinə görə, polis hadisəni törətməkdə şübhəli bilinən üç şəxsi axtarır.

Onlardan biri tüfəng, digərləri isə tapança ilə silahlanıb.

0
9