Ebru Gündəş və Rza Zərrab boşanır

Ebru Gündəş və Rza Zərrab boşanır

22 martdan etibarən ABŞ-da həbsdə olan iranlı biznesmen Rza Zərrab vəkili vasitəsilə açıqlama yayıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, R.Zərrab həyat yoldaşı Ebru Gündəşin ondan boşanmaq istədiyini bildirib:

“Ebru Gündəş 13 sentyabr 2016-cı ildə boşanmaq istədiyini vəkili vasitəsilə mənə bildirib. Boşanma prosesinin tez olması üçün üzərimdə təzyiq ediblər və 23 sentyabrda boşanma ərizəsini mənə göndəriblər”.

Rza Zərrab çətin günlər yaşamasına baxmayaraq, həyat yoldaşının bu qərarını hörmətlə qarşıladığını deyib.

Qeyd edək ki, 2010-cu ildə evlənən cütlüyün 5 yaşında Alara adlı bir qızı var.

0
12