Basabasda 13 nəfər öldü

Basabasda 13 nəfər öldü

Konqonun Beni şəhərində əhali arasında baş vermiş çaxnaşma zamanı yaranan  basabasda 13 nəfər ölüb.  

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, mülki geyimli sərxoş hərbçi havaya 4 atəş açıb, nəticədə insanlar arasında çaxnaşma yaranıb.

Şəhər meri Jan Edmond Nyonyinin sözlərinə görə, ölənlərdən səkkizi özünü suya ataraq boğulub, dörd nəfər bədbəxt hadisə nəticəsində, bir nəfər isə ürəktutmasından ölüb.  

0
12