Fici yaxınlığında 6,9 maqnitudalı zəlzələ

Fici yaxınlığında 6,9 maqnitudalı zəlzələ

Sakit okeanda,  Fici arxipelaqının tərkibindəki Ndoy adasından 99 km aralıda 6,9 maqnitudalı zəlzələ baş verib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Mili Geoloji Xidmətinin məlumatında bildirilir.

Məlumata görə, zəlzələnin episentri Ficinin paytaxtı Suva şəhərindən 194 km cənub-şərqdə 596 km dərinlikdə qeydə alınıb.  

Bundan əvvəl Tonqa adasından 125 km qərbdə 183 km dərinlikdə 6,4 bal gücündə  zəlzələ baş verib.

Sunami xəbərdarlığı verilməyib.

0
11