Neft Fondu daha 19,9 milyon dollar satdı

Neft Fondu daha 19,9 milyon dollar satdı

Hərraclar davam edir.

Bu gün Azərbaycan Respublikasının Mərkəzi Bankının müntəzəm hərracları vasitəsilə hərrac təşkil edilib. 

Bu barədə Dövlət Neft Fondundan (SOFAZ) Oxu.Az-a bildirilib. 

Məlumata görə, SOFAZ tərəfindən 50 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb, bu vəsaitdən 19,9 milyon ABŞ dolları məbləğində vəsait 8 banka satılıb. 

İl ərzində Neft Fondu tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.

0
22