Aralıq dənizində Türkiyə gəmisi batdı

Aralıq dənizində Türkiyə gəmisi batdı

Aralıq dənizinin Siciliya sahillərində Türkiyəyə məxsus yük gəmisi batıb. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə “Daily Sabah” nəşri məlumat yayıb. Hadisə Siciliya sahilindən 38 km aralıda baş verib.

İtaliya Sahil Mühafizə Xidmətinin əməkdaşları Panama bayrağı altında üzən Türkiyə şirkətinə məxsus gəminin 16 nəfərdən ibarət heyətini xilas edib.

Məlumata görə, ammonium fosfatı ilə yüklənmiş, 136 metr uzunluğunda olan yük gəmisi Seneqaldan Xorvatiyaya yollanırmış.

0
11