Əlcəzairdə iki qatarın toqquşması nəticasində 40 nəfər yaralanıb

Əlcəzairdə iki qatarın toqquşması nəticasində 40 nəfər yaralanıb

Əlcəzairin şimalında iki dəmiryolu qatarının toqquşması nəticəsində ən azı 40 nəfər xəsarət alıb.

Oxu.Az "Report"-a istinadan xəbər verir ki, bu barədə yerli "TSA Algerie" xəbər portalı məlumat yayıb.

Bildirilir ki, insident Bumerdes şəhərində baş verib. Milli dəmiryol şirkətindən qeyd olunub ki, bir istiqamətdə hərəkət edən iki sərnişin qatarı toqquşub.

Məlumata görə, iki nəfər hələ də qatarlardan çıxarılmayıb.

0
12