Donetskdə mədəndə yanğın baş verib: 600 işci təxliyə edilib

Donetskdə mədəndə yanğın baş verib: 600 işci təxliyə edilib

Sentyabrın 24-nə keçən gecə Ukraynanın Donetsk vilayətinin Udaçnoe kəndində "Pokrovsk mədən idarəsi" ASC-yə məxsus mədəndə yanğın baş verib.

Oxu.Az xəbər verir ki, bu barədə Donetsk vilayətinin Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Hadisə baş verən zaman mədəndə olan 593 işçi yerin üzərinə çıxarılıb.

Qəzalı mədəndə istehsalat müvəqqəti olaraq dayandırılıb, yanğın davam edir. Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.

0
11