“Qarabağ”ın legioneri milliyə dəvət aldı

“Qarabağ”ın legioneri milliyə dəvət aldı

Topaz Premyer Liqasının VI turunda sabah “Kəpəz”lə qarşılaşacaq “Qarabağ” səfərə oyun günü çıxacaq. Apasport.az saytına bu barədə Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib.

Klub rəsmisi bildirib ki, komanda Gəncəyə təyyarə ilə yollanacaq. O, əməkdaşımızla söhbətində həmçinin qeyd edib ki, qarşıdakı oyuna hazırlıq tam heyətlə davam edir. Baş tutan son hazırlıq prosesində “Zirə” ilə qarşılaşmada zədələnən və əvəzetmə ilə oyundan çıxan futbolçular Əfran İsmayılov və Muarrem Muarrem, eyni zamanda uzun müddətdi komanda yoldaşlarından uzaq düşən Bədavi Hüseynov da ümumi planda məşq edib.

İlk iki oyunçu şans veriləcəyi təqdirdə oynamağa hazırdı. Bədavi Hüseynov isə daha bir müddət meydana çıxmayacaq.

N.İbrahimov komandanın əsas qapıçısı İbrahim Şehiçin DÇ-2018-in seçmə mərhələsi çərçivəsində oktyabrın 7-də Belçika ilə qarşılaşacaq Bosniya və Hersoqovina millisinə dəvət aldığını da bildirib.

0
10