Azərbaycana ilk qar yağdı – FOTO

Azərbaycana ilk qar yağdı – FOTO

Sentyabrın 24-də Quba rayonunun Xınalıq kəndinə ilk qar yağıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə AZƏRTAC-ın müxbirinə Xınalıq kənd sakinləri məlumat verib.

Qısa müddətdə yağan qar yeri nazik ağ örpəyə bürüyüb. Qardan sonra kəndə qısamüddətli dolu yağıb.

Qeyd edək ki, Xınalıq kəndi dəniz səviyyəsindən 2 min 350 metr yüksəklikdə yerləşir.

S.B.

0
11