Azərbaycanlı şairə yeni layihəyə hazırlaşır

Azərbaycanlı şairə yeni layihəyə hazırlaşır

Azərbaycanlı nəğməkar şairə Sevinc Şirin yeni layihə təqdim edəcək. Lent.az-ın məlumatına görə, şairə "Number 1 Azerbaiyan" gözəllik müsabiqəsinin keçmiş modeli, hazırda isə aktrisa kimi fəaliyyət göstərən adaşı Sevinc Şirinova ilə yeni möhtəşəm layihə təqdim edəcək. "Tezliklə yeni layihəni təqdim edəcəm. Hələ ki, layihənin adını gizlətmək istəyirəm. Zamanında hər kəs biləcək".

Qeyd edək ki, nəğməkar şair Sevinc Şirin xalq artisti Aygün Kazımova, əməkdar artistləri Mətanət İsgəndərli və Röya, müğənnilər Samira, Nura Suri, Kərim Abbasov və bir çox başqa ulduzların hitlərin müəllifidir.

0
9