XIX TÜRKSOY Opera günləri keçiriləcək

XIX TÜRKSOY Opera günləri keçiriləcək

Oktyabrın 5-dən 12-nə kimi TÜRKSOY Beynəlxalq Mədəniyyət Təşkilatı tərəfindən XIX TÜRKSOY Opera günləri keçiriləcək. Ənənə üzrə hər il baş tutan bu tədbir Azərbaycanın görkəmli sənətkarı, məşhur müğənni Rəşid Behbudovun 100 illik yubileyinə həsr edilib.

Bu barədə Oxu.Az-a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Bir qayda olaraq TÜRKSOY Opera günlərində bütün türkdilli ölkələrin tanınmış sənət xadimləri iştirak edirlər. Festival çərçivəsində konsertlər İstanbul və Qirnədə (Şimali Kipr Cümhuriyyəti) keçiriləcək.

Ölkəmizi bu mötəbər tədbirdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solistləri, Azərbaycan Respublikası Prezidenti mükafatçıları - Xalq artisti Azər Zeynalov və Əməkdar artist Afaq Abbasova təmsil edəcəklər. Onlar konsertlərdə klassik dünya bəstəkarlarının əsərləri ilə yanaşı, vaxtilə Rəşid Behbudovun repertuarına daxil olan ariya və duetlər də ifa edəcəklər.

A.S.

0
15