Naxçıvanda iki qardaşı avtomobil vuraraq öldürdü

Naxçıvanda iki qardaşı avtomobil vuraraq öldürdü

Naxçıvan Muxtar Respublikasında (MR) iki qardaşı avtomobil vuraraq öldürüb.

Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Məlumata görə, sentyabrın 23-də saat 19 radələrində Naxçıvan MR Kəngərli rayonunun Xök kəndində rayon sakini Təbriz Hüseynli idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən kənd sakinləri Rəmzi Seyidovu və qardaşı Səbrini vurub. Xəstəxanaya yerləşdirilmiş piyadalar orada ölüblər.

Naxçıvan MR DİN Dövlət Yol Polisi İdarəsi (DYPİ) tərəfindən araşdırma aparılır.

E.Ə.

0
23