"Şeron qrupu" 15 illiklərini qeyd etdi - Kimlər gəldi? - FOTOLAR

"Şeron qrupu" 15 illiklərini qeyd etdi - Kimlər gəldi? - FOTOLAR

Müğənni Rüstəm Zeynallının üzvü olduğu “Şeron qrupu” 15 illik yubleyini qeyd edib. Lent.az-a açıqlama verən R.Zeynallı bildirib ki, paytaxt məkanlarının birində keçirilən məclisə yalnız say-seçmə dostlarını çağırıb: “Bu gün bura şou-biznesdən çox insanları dəvət edə bilərdim. Lakin indi say-seçmə dostlarım buradır. Dəvət etdiyimiz bəzi dostlar isə işləri olduğuna görə, bu gün burada deyillər. Çox şadam ki, qrupumuzun 15 illiyini qeyd edirik. İnşallah qismət olsa, neçə-neçə yubileyini qeyd edəcəyik”.

Xatırladaq ki, “Şeron qrupu”nun üzvləri R.Zeynallı, Anar Musayev, Kərimov Kəbirdir.

Qeyd edək ki, gecədə müğənnilərdən Emil Bədəlov, Yaşar Yusub, Abdul Xalid, Nicat Rəhimov, reper Nabran və başqaları iştirak edirdi.

Fotoları Lent.az üçün fotoqraf Pərviz Salıyev çəkib.

0
42