AMB növbəti depozit hərracında 50 milyon manat cəlb etmək niyyətindədir

AMB növbəti depozit hərracında 50 milyon manat cəlb etmək niyyətindədir

Azərbaycan Mərkəzi Bankı vəsaitlərin cəlb edilməsi üzrə növbəti dəfə depozit hərracı keçirəcək.

Oxu.Az xəbər verir ki, “APA-Economics”in məlumatına görə, sentyabrın 28-də keçiriləcək depozit hərracında 50 mln. manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 28 gün təşkil edir.

Hərrac üzrə faiz dərəcələri 12,01%-14,99% təşkil edir.

Hərrac “Bloomberg” ticarət platformasında keçiriləcək.

E.Ə.

0
10