“Boavişta”nın baş məşqçisi Kamran Ağayevin səhvindən DANIŞDI

“Boavişta”nın baş məşqçisi Kamran Ağayevin səhvindən DANIŞDI

“Bütün oyunlarımıza qələbə üçün çıxırıq. Ancaq "Portu"yla səfər oyununun asan olmayacağını bilirdik. Bu oyunda müdafiədə boşluqlar verməməli idik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Boavişta”nın baş məşqçisi Ervin Sançes deyib.

Portuqaliya Premyer Liqasının VI turunda səfərdə “Porto” ilə qarşılaşan “damalılar”ın çalışdırıcısı oyunu və millimizin qapıçısı Kamran Ağayevin çıxışını şərh edib: “Oyuna yaxşı başladıq. Lakin sonradan matça nəzarəti əldən verdik. Qapımıza penaltı təyin edilməsəydi, bu oyundan xalla ayrılaraq sensasiya edə bilərdik”.

Boliviyalı məşqçi Kamran Ağayevin səhvindən də danışıb. Mütəxəssis məhz millimizin qapıçısının səhvindən sonra heç-heçə ümidlərinin üzərindən xətt çəkildiyini deyib: “Bu gün Ağayevin səhvindən sonra 3-cü qolu buraxdıq. Bununla da, heç-heçə ümidlərimizin üzərindən də xətt çəkildi. Meydana çıxıb qolun qarşısını ala bilməzdim. Hələ çempionatda 6-cı oyunumuza çıxmışıq. İnanıram ki, komandamız daha yaxşısını bacarar”.

Qeyd edək ki, "Portu" - "Boavişta" oyunu 3:1 hesabıyla "əjdahalar"ın qələbəsiylə nəticələnib. 90 dəqiqə "Boavişta"nın qapısını qoruyan millimizin qolkiperi Kamran Ağayev buraxdığı 3-cü qolda kobud səhvə yol verib.

0
10