ABŞ-da silahlı insident: 4 ölü

ABŞ-da silahlı insident: 4 ölü

ABŞ-ın Berlinqton şəhərində (Vaşinqton ştatı) baş verən silahlı insident nəticəsində azı 4 nəfər ölüb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, naməlum şəxs ticarət mərkəzinin qarşısında atəş açıb.

Polis hadisə yerindən qaçan silahlının yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirir. Hadisənin təfərrüatları barədə hələ ki, məlumat yoxdur.

0
12