Azərbaycanda 222 hərbçiyə ev veriləcək

Azərbaycanda 222 hərbçiyə ev veriləcək

Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli fərmanı ilə yaradılmış komissiyanın ötən gün növbəti iclası keçirilib.

Oxu.Az xəbər verir ki, bu barədə “Report”a Maliyyə Nazirliyindən məlumat verilib.

Məlumata görə, iclasda mənzil növbəsində olan, Silahlı Qüvvələrdə 20 il və daha çox xidmət etmiş 404 nəfərdən 222-nin mənzillə təmin edilməsinə dair qərar qəbul edilib, 304 hərbi qulluqçu mənzil növbəsinə qəbul olunub.

E.Ə.

0
15