“Sədərək” Ticarət Mərkəzində yanğın olub

“Sədərək” Ticarət Mərkəzində yanğın olub

“Sədərək” Ticarət Mərkəzində yanğın baş verib.

Oxu.Az xəbər verir ki, şahidlərin APA-ya verdiyi məlumata görə, yanğın mağazalardan birində qeydə alınıb.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətindən bildirilib ki, yanğın lokallaşdırılıb.

Yanğının söndürülməsi üçün tədbirlər davam etdirilir.

E.Ə.

0
12