Konqoda və Ruandada zəlzələ: ölən və yaralananlar var

Konqoda və Ruandada zəlzələ: ölən və yaralananlar var

Konqo Demokratik Respublikasında baş verən 4,8 ballıq zəlzələ nəticəsində 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, zəlzələ nəticəsində bir neçə evin dağıldığı bildirilir.

Ruandanın qərbində baş verən  zəlzələ nəticəsində isə 14 nəfər xəsarət alıb. Xəsarət alanlar xəstəxanalara yerləşdirilib. Onların vəziyyəti barədə məlumat verilmir. Təbii fəlakət nəticəsində dağıntıların olduğu bildirilir.

0
10