Qardaş qardaşını güllələyərək öldürdü – TƏFƏRRÜATLAR + YENİLƏNİB

Qardaş qardaşını güllələyərək öldürdü – TƏFƏRRÜATLAR + YENİLƏNİB

Əliyevin həyatını xilas etmək mümkün olmayıb.

Aprelin 18-də Neftçalada törədilmiş qətlin təfərrüatı məlum olub. 

Oxu.Az xəbər verir ki, Lent.az-ın məlumatına görə, qardaşını güllələyərək öldürən Mirqurbanlı kənd sakini, 1990-cı il təvəllüdlü Əliyev Dadaş Cəfər oğlu artıq saxlanılaraq istintaqa təhvil verilib. 

Bəlli olub ki, dünən yaşadıqları evdə D.Əliyevlə 22 yaşlı qardaşı Fərid arasında mübahisə yaranıb. Mübahisə daha sonra davaya keçib və valideynləri onları ayırıb. Daha sonra 26 yaşlı Dadaş küçəyə çıxan qardaşının arxasınca gedərək tüfənglə onu güllələyib. F.Əliyevin həyatını xilas etmək mümkün olmayıb.

D.Əliyev özündən 4 yaş kiçik qardaşını “sözləri çəp gəldiyi üçün” güllələdiyini deyib.

Faktla bağlı Neftçala rayon Prokurorluğunda cinayət işi başlanıb, cinayətdə istifadə edilən odlu silah götürülüb. 

09:40

Neftçalada qətl hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, APA-nın Mil-Muğan bürosunun məlumatına görə, gecə radələrində Neftçala rayonu Mirqurbanlı kənd sakini, 1990-cı il təvəllüdlü Əliyev Dadaş Cəfər oğlu, qardaşı 1994-cü il Əliyev Fərid Cəfər oğlunu odlu silahla qətlə yetirib.

Hadisənin təfərrüatları Neftçala prokurorluğunun istintaq qrupu tərəfindən araşdırılır.

Hazırda meyit müayinə olunmaq üçün patoloji anatomiya mərkəzinə yerləşdirilib. Hadisə barədə əlavə məlumatlar veriləcək.

0
13