Tiflisdə yaşayış binasına ildırım düşdü

Tiflisdə yaşayış binasına ildırım düşdü

Sentyabrın 23-də axşam saatlarında Gürcüstana yağan leysan yağışları bir sıra ciddi problemlər yaradıb.

Lent.az-ın “report”-a istinadən xəbərinə görə, paytaxt Tiflisin Diğomi rayonunda yaşayış binasına ildırım düşüb.

Bu barədə şəhərin meri David Narmaniya məlumat verib. Mer bildirib ki, xoşbəxtlikdən ciddi dağıntı və insan tələfatı olmayıb.

Güclü yağış nəticəsində paytaxt Tiflisin mərkəzi “Azadlıq” meydanında, Diğomi, Samqori rayonlarında evlərin birinci mərtəbələrinə, Ablavari metrosuna su dolub. Rustaveli prospektində yol bağlanıb.

0
12