“Rubik kubu” ilə Stiv Cobs portreti - VIDEO

“Rubik kubu” ilə Stiv Cobs portreti - VIDEO

Ukraynalı tələbə Aleksandr Lutsyuk “Rubik kubu” (kubik rubik) ilə Stiv Cobsun portretini hazırlayıb.

Axşam.az FOX-a istinadən xəbər verir ki, tələbə əl işini “iPhone 7”nin satışa çıxmasına həsr edib.

Aleksandr portreti 90 dəqiqəyə ərsəyə gətirib. Portretin hazırlanması üçün 432 kubik rubik lazım olub.

Tələbə bildirib ki, Stiv Cobs pərəstiş etdiyi insandır və onun üçün motivasiya mənbəyidir: “Onun bioqrafiyasını oxuyandan sonra anladım ki, sənin kim olduğun və hansı maddi duruma malik olduğun önəmli deyil. Önəmli olan öz məqsədinə dayanmadan irəliləməkdir”.

0
12