Kamran Ağayevin komandası uduzdu - VİDEO

Kamran Ağayevin komandası uduzdu - VİDEO

Portuqaliya Premyer Liqasında VI tura start verilib. Apasport.az saytının məlumatına görə, turun ilk oyununda "Portu" "Boavişta"nı qəbul edib.

Millimizin üzvü Kamran Ağayev "Boavişta"da məhz bu qarşılaşma ilə debüt edib. Matç təmsilçimizin komandasının 1:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb. İlk iki qolda böyük ölçüdə günahsız olsa da, üçüncü qolun məsuliyyəti birbaşa millimizin üzvünə aid olub. Aleks Tellesin sol cinahdan yumşaq ötürməsini əlində saxlaya bilməyib qapıya buraxan "qolkiper" ilk oyununda mənfi təəssürat yaradıb.

Digər oyunçumuz Emin Mahmudov isə 18-liyə salınmayıb.

0
17