Futbolçu sprinter sürəti göstərdi - VİDEO

Futbolçu sprinter sürəti göstərdi - VİDEO

“Utrext” klubunun hücumçusu Rişayro Jivkoviç Hollandiya Kubokunun 1-ci dövrəsində “Tvente”yə qarşı oyunda öz sürəti ilə azarkeşləri heyrətləndirib.

Lent.az-ın “oxu.az”-a istinadən xəbərinə görə, matçın 93-cü dəqiqəsində serbiyalı futbolçu 100 metr məsafəni 10,96 saniyəyə qət edərək topa birinci çatıb və qol vurub.

Bu qoldan sonra Hollandiyada Jivkoviçi serbiyalı Useyn Bolt adlandırıblar.

Qeyd edək ki, qarşılaşma “Utrext”in 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

0
10