Güləşçimiz hərbçilərin dünya çempionatında qızıl medal qazandı – FOTO

Güləşçimiz hərbçilərin dünya çempionatında qızıl medal qazandı – FOTO

Makedoniyanın paytaxtı Skopyedə Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) himayəsi altında keçirilən güləş üzrə hərbçilərin 31-ci dünya çempionatında Azərbaycan idmançıları bir qızıl, bir gümüş və bir bürünc medal qazanıblar.

Oxu.Az xəbər verir ki, Boris Traykovski adına İdman Mərkəzində keçirilən çempionatda sərbəst güləş üzrə yarışlara yekun vurulduqdan sonra bu gün idmançılarımız yunan-Roma güləşi üzrə yarışlara qatılıblar.

71 kq çəkidə çıxış edən Həsən Əliyev bütün rəqiblərinə qalib gələrək yarışların qalibi adını qazanıb. Finalda Rusiya idmançısı Adam Kurakanı 3:2 hesabı ilə məğlub edən həmyerlimiz fəxri kürsünün ən yüksək pilləsinə sahib çıxıb.

66 kq çəkidə çıxış edən Kamran Məmmədov yalnız final görüşündə məğlub olaraq gümüş medal əldə edib. 59 kq çəki dərəcəsində isə Murad Məmmədov bürünc medala layiq görülüb.

S.B.

0
15