Azərbaycanlılar Türkiyədə 400-dən çox mənzil alıb

Azərbaycanlılar Türkiyədə 400-dən çox mənzil alıb

Azərbaycan Türkiyədən mənzil alan 11-ci ölkə olub. Bu ilin avqust ayında azərbaycanlılar Türkiyədən 53 ədəd mənzil alıb. Bu da ötən ilin anoloji dövrü ilə müqayisədə 0,01% azdır.

Oxu.Az bu barədə Türkiyə Statistika Komitəsinə istinadən xəbər verir.

Yanvar-avqust aylarında isə həmyerlilərimiz qonşu ölkədən 428 ədəd mənzil alıb ki, bu da ötən ilin anoloji dövrü ilə müqayisədə 16,4% azdır. Bununla da Azərbaycan Türkiyədən ən çox mənzil alan 11-ci ölkə olub.

Qeyd edək ki, ötən ilin avqust ayında həmyerlilərimiz Türkiyədən 54, yanvar-avqust aylarında isə 512 ədəd mənzil alıb.

Avqustda ən çox mənzil satışı İraq vətəndaşlarına edilib. Komitənin məlumatlarına görə, İraq vətəndaşları bu ölkədən 267 (33,41% azalma), Səudiyyə Ərəbistanı 173 (36,16% azalma), Küveyt 155 (31,41% azalma), Rusiya 117 (24,51% azalma), Əfqanıstan 75 (29,31% artım) mənzil alıb.

Ülviyyə R. Əli

0
12