Azərbaycana xeyli miqdarda tiryək gətirilməsinin qarşısı alınıb

Azərbaycana xeyli miqdarda tiryək gətirilməsinin qarşısı alınıb

Azərbaycana növbəti dəfə narkotik vasitələrin gətirilməsinin qarşısı alınıb.

Bu barədə Oxu.Az-a Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən xəbər verilib.

Məlumata əsasən, sentyabrın 18-də saat 23:20 radələrində Cəlilabad rayonunun Məlikqasımlı kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində qabaqlayıcı əməliyyat məlumatı əsasında həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 2 kq 800 qram narkotik maddə olan tiryəki İrandan Azərbaycana gətirmək istəyərkən İran İslam Respublikasının vətəndaşı Hidayi Səid Səxavət yaxalanıb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində sərhəd pozucusu ilə cinayət əlaqəsində olan Cəlilabad rayon sakini Niftullayev Əhəd Ədalət oğlu narkotik maddəni ondan qəbul edərkən saxlanılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

N.O.

0
13