Elçin Cəfərovun klip təqdimatında yaşananlar - FOTOLENT

Elçin Cəfərovun klip təqdimatında yaşananlar - FOTOLENT

Müğənni Elçin Cəfərov ifa etdiyi “Sözüm ona” adlı bəstəyə çəkilmiş klipini mediaya təqdim edib. Lent.az-ın məlumatına görə, tədbirdə qonaqları salamlayan ifaçı bildirib ki, ilk dəfədir, prodüseri olmadan bir layihə təqdim edir: “İlk öncə bura gələn qonaqları salamlayıram. Bu gün təqdim etdiyim klip barədə deyə bilərəm ki, bu işdə böyük bir komanda çalışdı. İlk dəfə idi ki, prodüsersiz bir layihə edirdim. Klipdə bütün detalların öhdəsindən özüm gəlmişəm. Ekran işi üçün nə lazım olubsa, özüm həll etmişəm. Özüm üçün də maraqlı idi ki, görüm prodüsersiz nəsə edə bilərəm? Düşünürəm ki, məziyyətimiz yerdə qalmadı. Bütün komanda olaraq bu işin öhdəsindən gələ bildik”.

Xatırladaq ki, “Sözüm ona” adlı bəstənin sözləri ifaçının özünə, sözləri Azər Şirinə məxsusdur. Klipin rejissorluğunu Cəlal Kəngərli, montajını Natiq Mamedov edib.

Qeyd edək ki, tədbirdə müğənnilər Eldar Qasımov, Ayaz Qasımov, Günay İbrahimli, Yaşar Yusub, Sevda Yahyayeva, Hacı Nazim, aparıcı Samir Bayramlı, aktyor Elnur Kərimov və başqaları iştirak edirdi.

0
8