“Planet Parni iz Baku”: Oxu.Az saytına və “ASAN radio”ya xüsusi təşəkkür edirik!

“Planet Parni iz Baku”: Oxu.Az saytına və “ASAN radio”ya xüsusi təşəkkür edirik!

KİV-in dəstəyi önəmli faktordur.Sentyabrın 21-də “Planet Parni iz Baku” KVN Teatrının Cəlil Məmmədquluzadənin məşhur “Ölülər” əsərinin əsasında çəkdiyi “Ölülər XXI əsr” filminin təqdimat mərasimi keçirilib.

Oxu.Az xəbər verir ki, təqdimatdan sonra “Planet Parni iz Baku” KVN Teatrının bədii rəhbəri və rejissoru Tahir İmanov redaksiyaya zəng vuraraq “Ölülər XXI əsr” filminin yaradıcı heyəti adından KİV nümayəndələrinə göstərdikləri dəstəyə görə təşəkkür edib.

“Mən, ilk növbədə, “Ölülər XXI əsr” filminin yaradıcı heyəti adından filmin təqdimatına gələn bütün KİV nümayəndələrinə təşəkkür edirəm. Düzünü deyim ki, əməyimizə qarşı bu dərəcədə müsbət yanaşma nümayiş etdirən savadlı jurnalistlərin gələcəyini gözləmirdik. Belə jurnalistlərin sayı nə qədər çox olarsa, bizim üçün də ərsəyə gətridiyimiz işlərin tamaşaçılar arasında təbliğ edilməsi daha rahat olar.

Bəzən şər, böhtan, təhqirlə dolu olan məlumatlar dərc olunsa da, etiraf etməliyik ki, bu təqdimatdan sonra xoş sözlərdən başqa, heç nə eşitməmişik. Təbii ki, yaradıcı heyətin işini hansı səviyyədə yerinə yetirməsi mühüm amildir.

Jurnalistlərin obyektivliyinə, bizə ünvanlanmış xoş sözlərinə və arzularına görə onlara təşəkkür edirik.

Xüsusi olaraq iki ay müddətində, bizim layihəyə informasiya dəstəyini əsirgəməyən, hər həftə yaradıcı heyətin bir üzvü ilə müsahibə aparan Oxu.Az saytına təşəkkür edirəm. Bu sayt mənim fikrimcə, Azərbaycanın bir nömrəli saytıdır. Bu, mənim subyektiv fikrimdir, xahiş edirəm, heç kim inciməsin.

İkinci xüsusi təşəkkürüm cənab prezidentin brendi olan “ASAN xidmət”in radiosunadır. Onlar da Oxu.Az saytı kimi, filmlə bağlı məlumatı geniş kütləyə, tamaşaçılarımıza, pərəstişkarlarımıza çatdırırdı.

Oxu.Az-ın rəhbəri Seymur Teymurovun və “ASAN radio”nun rəhbəri Emin Musəvinin simasında saytın və radionun kollektivinə minnətdarlığımızı bildiririk.

Sonda isə filmin çəkilişi zamanı bizə göstərdiyi yardıma görə, Azərbaycan Taekvondo Federasiyasının birinci vitse-prezidenti, Dünya Taekvondo Federasiyasının birinci vitse-prezidenti, Gənclər Komitəsinin üzvü, dünya çempionu Füzuli Musayevə də təşəkkür edirik”.

Səbinə Səmidxan

0
12