Təranə keçmiş həyat yoldaşı Kərim barəsində: Çox təsirləndim, ona şərik oldum

Təranə keçmiş həyat yoldaşı Kərim barəsində: Çox təsirləndim, ona şərik oldum

Prodüser Təranə Səmədova qalmaqallı şəkildə ayrıldığı keçmiş həyat yoldaşı, müğənni Kərim Abbasovu ötən gün ikinci dəfə ata olması münasibətilə sosial şəbəkədə təbrik edib.

Oxu.Az xəbər verir ki, o, ifaçının həmişə övlad həsrəti çəkdiyini və onun ikinci dəfə ata olmaq xəbərini eşidəndə kövrəldiyini bildirib.

“Bu fotonu görəndə çox təsirləndim. Nə yalan deyim, Kərim Abbasov həyat yoldaşım olduğu zamanlarda və sonra həqiqətən də övlad sahibi olmaq arzusu ilə alışıb-yanırdı. Bu gün Kərimin sevincini hiss edib gözlərim doldu. Ona şərik də oldum. Allaha and olsun ki, zərrə qədər “artistlik” etmirəm. Edirəmsə, Allah bəlamı versin. Allah səni oğullu-qızlı etsin. Övlad sahibi olduğuna çox sevindim”, - deyə Səmədova yazıb.



Qeyd edək ki, K.Abbasov prodüser T.Səmədova ilə ayrıldıqdan sonra ikinci dəfə ailə həyatı qurub.

0
40