Rusiya XİN: İŞİD İraqda kimyəvi silah tətbiq edib

Rusiya XİN: İŞİD İraqda kimyəvi silah tətbiq edib

Rusiya XİN-in silahların yayılmaması və nəzarət məsələləri üzrə departamentinin direktoru Mixail Ulyanov bəyan edib ki, “İslam Dövləti”nin İraqda Amerika və İraq əsgərlərinə qarşı kimyəvi silah tətbiq etməsinə dair faktlar mövcuddur.

Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

“Düşünürəm ki, bu, həqiqətəuyğundur. İŞİD-çilər yalnız Suriyada deyil, eləcə də İraqda dəfələrlə kimyəvi silah tətbiq ediblər. Bu isə Suriya və İraq regional səviyyəsində deyil, eləcə də qlobal səviyyədə kimyəvi terrorizmə qarşı təcili tədbirlərin görülməsinin lazımlı olduğunu bir daha sübut edir”, - Ulyanov deyib.

N.O.

0
9