Əmanətçilərə 258 milyon manatdan artıq kompensasiya ödənildi

Əmanətçilərə 258 milyon manatdan artıq kompensasiya ödənildi

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən sentyabrın 22-də “Parabank”ın qorunan əmanətçilərinə 32 milyon 415 min manat, “Zaminbank”ın qorunan əmanətçilərinə 46 milyon 908 min manat, “Kredobank”ın qorunan əmanətçilərinə 16 milyon 865 min manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 2 milyon 763 min manatdan artıq kompensasiya ödənilib.

Oxu.Az-ın ADIF-ə istinadən verdiyi məlumata görə, 4 bank üzrə ümumilikdə 98 miyon 951 min manatdan artıq kompensasiya ödənilib.

“Atrabank” ASC-nin qorunan əmanətçilərinə 12 milyon 598 min manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 milyon 625 min manatdan artıq kompensasiya ödənilib. 2 bank üzrə ümumilikdə 14 milyon 223 min manatdan artıq kompensasiya ödənilib.

“Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 91 min, “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 925 min 721 manat, “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 119 milyon 870 min manatdan artıq kompensasiya ödənilib. 3 bank üzrə ümumilikdə 144 milyon 886 min manatdan artıq kompensasiya ödənilib.

Ümumilikdə Fond tərəfindən 9 bank üzrə 258 milyon 060 min manatdan artıq kompensasiya ödənilib.

U.A.

0
11