“Nar” beynəlxalq forumunda iştirak edir

“Nar” beynəlxalq forumunda iştirak edir

Şirkət nümayəndələri beynəlxalq ictimaiyyəti mobil operatorun ən son nailiyyətləri ilə tanış edirlər.

19-22 aprel 2016-cı il tarixləri arasında Belarusun paytaxtı Minsk şəhərində telekommunikasiya, informasiya və bank texnologiyaları üzrə ixtisaslaşmış 23-cü beynəlxalq TIBO-2016 forumu keçirilir. Beynəlxalq forumda iştirak edən “Nar” nümayəndələri tədbir iştirakçılarını mobil operatorun ən son nailiyyətləri olan məhsul və xidmətlərlə tanış edirlər. 

Operatorun sosial şəbəkələr üzərindən tam müştəri xidmətlərini təqdim edən platforması tədbirdə böyük marağa səbəb oldu. Platformanın köməyi ilə müştərilər sosial şəbəkə vasitəsilə operativ xidmətlə təmin edilirlər. Qeyd edək ki, “Nar” Azərbaycanda öz müştəri xidmətlərini bilavasitə sosial media üzərindən təqdim edən ilk və yeganə operatordur.

“Nar” tərəfindən təqdim edilən daha bir innovativ məhsul “eNəzarət” xidməti oldu. Bu xidmət sayəsində “Nar” öz abunəçilərinə balanslarını asanlıqla yoxlamaq və idarə etmək imkanı verir. “eNəzarət” xidməti hər hansı bir internet səhifəsinə daxil olduqda, istifadə edilən cihazın ekranında ortaya çıxaraq, abunəçiyə balansındakı məbləğə və internet trafikinə nəzər yetirmək, balansı artırmaq, eləcə də internet paketini aktivləşdirmək fürsəti verir.

Sərgidə “Nar” tərəfindən təqdim edilən bir digər yenilik isə “Nar Walk” tətbiqidir. “Nar Walk” vasitəsilə insanlar gəzdikləri məsafəyə görə xallar toplaya bilir, bu xallar əsasında hədiyyələr qazanırlar. Azərbaycanda bir ilk olan bu layihənin əsas məqsədi əyləncəli üsulla  insanları sağlam həyata səsləməkdir. 

1994-cü ildən keçirilən TIBO forumu telekommunikasiya, informasiya texnologiyaları sahəsi üzrə təşkil edilən ən böyük beynəlxalq sərgilərdən biridir. TIBO sərgisində dünyanın müxtəlif ölkələrini təmsil edən çoxsaylı şirkətlər iştirak edirlər. Azərbaycan pavilyonunda Rabitə və yüksək texnologiyalar nazirliyinin təşəbbüsü ilə ölkənin aparıcı telekommunikasiya şirkətləri iştirak edirlər.

0
8