Aydın Əliyev: Proqnoz tapşırığı yerinə yetirməyə çalışacağıq

Aydın Əliyev: Proqnoz tapşırığı yerinə yetirməyə çalışacağıq

“Gömrük orqanları dövlət büdcəsi ilə bağlı proqnoz tapşırığı yerinə yetirməyə çalışacaq”.

Oxu.Az xəbər verir ki, APA-nın qərb bürosunun məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev bildirib.

A.Əliyev xatırladıb ki, bu il DGK xətti ilə dövlət büdcəsinə 1,8 milyard manat həcmində vəsait daxil olmalıdır:

“Proqnoz tapşırığı yerinə yetirməyə çalışacağıq. Sentyabr ayının 21-ə olan məlumata əsasən, Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 1,6 milyard manat vəsaitin daxil olması təmin olunub. Bildiyiniz kimi, proqnoz tapşırıq 1 milyard 810 milyon manat səviyyəsində müəyyən olunub”.

U.A.

0
30