Ermənistanda 6 hərbçiyə cinayət işi açılıb

Ermənistanda 6 hərbçiyə cinayət işi açılıb

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində erməni əsgərinin qətli ilə əlaqədar 6 hərbçi barəsində cinayət işi açılıb.

Oxu.Az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Ermənistan İstintaq Komitəsi rəisinin müşaviri Sonna Truzyan bildirib.

Onun sözlərinə görə, əsgər Narek Patatanyana qarşı zor da tətbiq edilib.

Məlumata görə, 6 nəfərə qarşı vəzifədən sui-istifadə, hərbçinin təhqir edilməsi, tabeçiliyində olana qarşı zor tətbiqi və s. maddələr üzrə cinayət işi açılıb.

Onlardan 5-i əsgər, biri isə Ermənistan ordusunun leytenantıdır.

Qeyd edək ki, hadisə sentyabrın 16-da baş verib.

N.O.

0
9