İran Azərbaycanı sərgilərin sayını artırmağa çağırıb

İran Azərbaycanı sərgilərin sayını artırmağa çağırıb

Sənaye, şaxta və ticarət nazirinin müavini, İranın Beynəlxalq Sərgilər Səhmdar Cəmiyyətinin icraçı direktoru Hüseyn Esfanbodi sərgilərin keçirilməsi sahəsində İran və Azərbaycan arasında əməkdaşlığa çağırıb.

Oxu.Az İran.ru-ya istinadən xəbər verir ki, H.Esfanbodinin sözlərinə görə, bu, iqtisadi cəhətdən hər iki tərəfə sərfəli olacaq.

Esfanbodi bildirib ki, bu jest qarşılıqlı ticari əlaqələri yeniləyəcək və neft ixracını stimullaşdıracaq.

“İqtisadi məqsədlərdən çıxış edərək biz neft ixracımızı modernləşdirməliyik və iki qonşu dövlət ilə sərgi əməkdaşlığımızın genişləndirilməsi bizi məqsədlərimizə yaxınlaşmağa yardım edəcək”.

N.O.

0
25