Sabah Azərbaycanda yağış yağacaq, şimşək çaxacaq

Sabah Azərbaycanda yağış yağacaq, şimşək çaxacaq

Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a verilən məlumata görə, yağış bəzi yerlərdə intensiv olacaq, şimşək çaxacağı ehtimalı var.

Havanın temperaturu gecə 16-19° isti, gündüz 19-22° isti, Bakıda gecə 16-18° isti, gündüz 19-21° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 758 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 85-95% təşkil edəcək.

Azərbaycanın rayonlarında sentyabrın 24-də hava şəraitinə görə, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq.

Havanın temperaturu gecə 14-19° isti, gündüz 20-25° isti, dağlarda gecə 6-11° isti, gündüz 11-16° isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza görə, sentyabrın 24-də Abşeron yarımadasında güclü xəzri küləyi fonunda arabir yağışlı hava şəraiti, əvvəlki günlərlə nisbətən temperaturun aşağı enməsi meteohəssas insanlar üçün əlverişsizdir. Sentyabrın 25-i gündüz, 26-da isə meteoroloji amillərin zəif və mülayim tərəddüdü əsasən əlverişlidir.

N.O.

0
28