Məhkumluğu olan 10 nəfər Rusiya Dövlət Dumasına seçilib

Məhkumluğu olan 10 nəfər Rusiya Dövlət Dumasına seçilib

Rusiyanın Mərkəzi Seçki Komissiyasının sədr müavini Nikolay Bulayev Dövlət Dumasına yeni seçilən deputatlardan on nəfərinin daha öncə məhkum olunduqlarını bildirib.

Oxu.Az bu barədə “İnterfaks”a istinadən məlumat yayıb.

“Federal siyahılarda səsvermə günü 55 məhkumluğu olan deputat var idi. Qanuna müvafiq olaraq, onlar seçkilərdə iştirak edə bilərdilər”, - o qeyd edib.

Onun sözlərinə görə, hazırda Dövlət Dumasında nümayəndələr üçün minimum həddi aşan partiyaların məhkumluğu olan on namizəd qalıb.

Daha öncə MSK Rusiya Dövlət Dumasına seçkilərin nəticələrini açıqlayıb.

N.O.

0
14