Azərbaycana ayaqqabıda narkotik keçirmək istədilər – FOTO

Azərbaycana ayaqqabıda narkotik keçirmək istədilər – FOTO

Yoxlamalar aparılır.

Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan Respublikası vətəndaşının üzərində şəxsi yoxlama zamanı onun ayaqqabısının sol tayından 1 ədəd bükümdə, xalis çəkisi 2,143 qram olan narkotik vasitə - tiryək aşkar olunub.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana piyada gələn digər Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama zamanı isə onun daxili orqanından (düz bağırsağından) cəmi 5 ədəd bükümdə narkotik vasitələr aşkar edilib. 

Həmin vətəndaşdan 1 ədəd bükümdə xalis çəkisi 23,085 qram olan heroin, 1 ədəd bükümdə xalis çəkisi 1,285 qram olan tiryək, 3 ədəd bükümdə ümumi xalis çəkisi 4,9 qram olan həşiş qətranı aşkar olunaraq götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

0
24