Abbas Bağırov: Cinayət törətməmişəm

Abbas Bağırov: Cinayət törətməmişəm

Əməkdar artist Abbas Bağırov vergi borcuna görə ölkədən çıxışına qadağa qoyulması xəbərinə yenidən münasibət bildirib.

Oxu.Az xəbər verir ki, müğənni bu barədə sosial şəbəkədən məlumat yayıb.

“Hörmətli dostlar, mən ölkəni tərk etməmişəm. Əgər qadağa qoyulubsa, inşallah, qadağamız da, cəriməmiz də aydınlaşdırılıb yoluna qoyular.

Mən Azərbaycandayam, vətənimdəyəm. Şükür Allaha ki, böyük cinayət törətməmişəm. Qanun hamı üçün varsa, mənim üçün də var. Allah hər bir çətin anlarımızda yardımçımız olsun”, - deyə ifaçı yazıb.

0
22