Türkiyədə yaşayan azərbaycanlı modeldən müxtəlif pozlar - FOTOLENT

Türkiyədə yaşayan azərbaycanlı modeldən müxtəlif pozlar - FOTOLENT

Türkiyədə yaşayan tanınmış azərbaycanlı model Könül Əziz növbəti fotosessiyasını təqdim edib. Lent.az-ın məlumatına görə, onun yeni fotosessiyası Bakıya həsr olunub. “Gəl ey səhər” adlı foto-layihə çərçivəsində foto-kameralar önünə keçən model müxtəlif pozlarda şəkillər çəkdirib: “Bu şəkilləri yüksək bir binanın üstündə, səhər saat 5-də çəkdirmişəm. Çəkiliş günü hava çox küləkli idi. Hətta çəkilişi dayandırmaq da istəyirdik. Amma mən riski sevdiyimə görə bu addımı atmadım. Yüksəklikdə şəkil çəkdirmək həqiqətən çox riskli və həyəcanlı idi. Bu layihəni Bakıya həsr etməyim isə əbəs yerə deyil. İllərdir Türkiyədə yaşayıram, burada Bakı üçün darıxıram. Həyatımın ən özəl illərini Azərbaycanda keçirmişəm”.

 Qeyd edək ki, K.Əzizin şəkillərini fotoqraf Əlibəy Sadıqlı çəkib. Libasların dizayneri isə Gülüm Əsədullayevaya həvalə olunub.

0
12